Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.

Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.

Həqiqi hərbi xidmətə və işə qəbul

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbulla bağlı müraciət edən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:


1.    Zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunurlar:

• Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”, “ə” və “v” bəndləri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 41.0.3-cü, 41.0.6-cı, 41.0.7-ci və 41.0.10-cu yarımbəndləri üzrə ehtiyata buraxılanlar istisna olmaqla) zabitlər;
• Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin “Ehtiyat zabit hazırlığı kursu”nu keçərək zabit rütbəsi alan ali təhsilli hərbi vəzifəlilər;
•  Azərbaycan Respublikasının dövlət və akkreditə olunmuş özəl ali təhsil müəssisələrində və xarici ölkələrdə (təhsil haqqında sənədi müvafiq qaydada tanınan) ali təhsilini (əsasən hərbi, hüquq, texniki (informasiya texnologiyaları) və həkim ixtisasları üzrə) tam başa vurmuş hərbi vəzifəlilər.


2.    Gizirlərin həqiqi hərbi xidmətinə qəbul olunurlar:

•    Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”, “ə” və “v” bəndləri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 41.0.3-cü, 41.0.6-cı, 41.0.7-ci və 41.0.10-cu yarımbəndləri üzrə ehtiyata buraxılanlar istisna olmaqla) ali təhsilli gizirlər;
•    Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu keçərək gizir rütbəsi alan ali təhsilli hərbi vəzifəlilər;


3.    Yuxarıda qeyd olunan bütün bəndlər üzrə namizədlər:

•    Azərbaycan Respublikasının vətəndaşı olmalı;
•    Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş olmalı;
•   Fiziki cəhətdən sağlam və hazırlıqlı olmalı;
•    Cinayət məsuliyyətinə cəlb olunmuş olmamalı;
•    Kompüter proqramlarını (word, excell və s.) bilməli;

Zabit heyəti üzrə yaş həddi

•    İlk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul – 35 yaşınadək olan hərbi vəzifəlilər;
•    Ehtiyatda olan zabitlər – hərbi xidmətdə olmanın son yaş həddinə çatmamış, 48 yaşınadək olan zabitlər. (polkovnik- 53).

Gizir heyəti üzrə yaş həddi: 

•    Hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, 48 yaşınadək ehtiyatda olan gizirlər və miçmanlar;
•    Ehtiyatda olan hərbi vəzifəlilər 40 yaşadək.

Qeyd: Həqiqi hərbi xidmətə qəbul üzrə qeyd olunan tələblər yalnız kişi cinsli namizədlərə şamil edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud vəzifələrin komplektləşdirilməsi yalnız elanda göstərilən kateqoriyalara aid namizədlər üçün nəzərdə tutulur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları bu qəbul üzrə namizəd ola bilməzlər.
Həqiqi hərbi xidmətə qəbul üçün müraciət edən namizədlər təyinat üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Xidmətə qəbulla bağlı qeyd olunan şərtlərə uyğun gəlməyən vətəndaşların müraciət etməmələri xahiş olunur.

 

İŞƏ QƏBULLA BAĞLI NAMİZƏDLƏRƏ QOYULAN TƏLƏBLƏR:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbulla bağlı müraciət edən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər.
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

Sürücü namizədlər üçün tələblər

•    55 yaşadək
•    Orta / orta ixtisas təhsil
•    B, C, D kateqoriyalı sürücülük vəsiqəsi
•    Sürücülük təcrübəsi – 6 ilədək
•    Tam sağlam

Müfəttiş vəzifəsinə müraciət edən namizədlər üçün tələblər 

•    Ali təhsil
•    Tam sağlam

Anbar rəisi vəzifəsinə müraciət edən namizədlər üçün tələblər 

•    Orta / orta ixtisas təhsil
•    Tam sağlam

Kargüzar vəzifəsinə müraciət edən namizədlər üçün tələblər 
•    Orta / orta ixtisas təhsil
•    Tam sağlam

Qeyd:  Sürücü vəzifəsinə kişi namizədlər müraciət edə bilər. Digər vəzifələr üzrə müraciətlər həm kişi, həm də qadın namizədlərdən qəbul olunur. Kişi namizədlər üçün müddətli həqiqi hərbi xidmət keçmiş olmaq tələbi mövcuddur.