Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.
Vətəndaşların ilkin hərbi qeydiyyata alınması;
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması;
Hərbi qeydiyyatda olması barədə arayışın verilməsi;
Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların verilməsi;
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad etmə;
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi;
Vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verildiyinə dair arayışın verilməsi;
Şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi barədə arayışın verilməsi;
Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması;
Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin təşkili;
Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əmək müqaviləsinə xitam verilmiş əməkdaşlarına Xidmətdə işlədiyi illərlə bağlı arayışların verilməsi;
İtirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yenisinin verilməsi;
Böyük Vətən Müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, həmçinin şəhid ailələrinə müvafiq arayışın verilməsi.