Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.
Çağırışçı müddətli həqiqi hərbi xidmətə cəlb edildikdə qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyaları tərəfindən mütləq müayinə nəticələrinə əsasən şəhadətləndirilir, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində əlavə müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
B, C, Ç, D kateqoriyaları üzrə həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonnra-DTSEA) tərəfindən aparılır.
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi DTSEA-nın hərbi həkim komissiyasının həkim-mütəxəssisləri tərəfindən tibbi baxış və müayinə nəticələri (əlilliyi olan şəxslər istisna olmaqla) əsasında aparılır.
Hərbi xidmət məlumatlarınızla tanış olmaq üçün “myGov” platfromasında “Xidmətlər” bölməsinə daxil olmalı, “Hərbi” alt bölməsinə keçid edərək məlumatlarınızla tanış olub sənədi istəyə uyğun olaraq “PDF” formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərsiniz.
Müddətli həqiqi hərbi xidmət keçmə yerinizi öyrənmək üçün saytın müvafiq bölməsinə daxil olmalısınız. Saytda "Elektron xidmətlər" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" altbölməsinə daxil olaraq özünüz haqqında məlumatlarınızı qeyd edərək ətraflı məlumat əldə edə bilərsiniz.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Bununla əlaqədar, ilkin hərbi qeydiyyata alınma yaş həddində olan vətəndaşlar qeydiyyata alınmaq üçün Xidmətin yerli struktur bölmələrinə gəlməli və qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməlidirlər.
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
Bildiririk ki, cari ildə 15 yaşı tamam olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması üçün onların valideynləri (xüsusən anası) 'myGov’ platformasında ‘Xidmətlər" bölməsinə daxil olmaqla, ‘Hərbi" alt bölməsinə keçid etməli, daha sonra ‘İlkin hərbi qeydiyyat"ı seçərək, açılan yeni pəncərədə "Yeni müraciət" keçməli və tələb olunan məlumatları yükləməlidirlər. Proses gedişində Xidmət tərəfindən həmin elektron kabinetə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın dövlət tibb müəssisəsində tibbi müayinədən keçməsi barədə bildiriş göndərilir və vətəndaş təyin olunan tibb müəssisəsində müayinə olunduqdan sonra Xidmətin hərbi qeydiyyata alınmalı olduğu struktur bölməsinə gələrək, ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən əyani baxışdan keçirilir. İlkin hərbi qeydiyyata alınma prosesi başa çatdıqdan sonra vətəndaş qeydiyyata alınmasına dair elektron kabinet vasitəsi ilə məlumatlandırılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə (İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinə (idarə, şöbə və bölməsinə) gəlməməsinə görə - 100 manat məbləğində cərimə edilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd edilən Qanunun müddəaları qanunvericilikdə dəyişikliyə qədər (29.12.2024-cü il tarixədək) ali təhsil müəssisəsinə daxil olmuş və təhsil alan çağırışçılara şamil olunmur.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Yəni, doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan (iş yerindən) ayrılmaqla təhsil ala bilər. Qaydaların 3.35-ci bəndinə əsasən, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
Namizədlər ilkin olaraq tələb olunan sənədləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdikdən sonra müsahibəyə dəvət olunur. Müsahibədən uğurla keçdikdən sonra əgər hərbi qulluqçu olmaq üçün müraciət edibsə fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən sonra növbəti imtahana qeydiyyat elan edildikdə qeydiyyatdan keçə biləcəkdir. Mülki işə qəbul olunmaq üçün müraciət edibsə müsahibədən uğurla keçdikdən sonra imtahana qeydiyyat elan edildikdə qeydiyyatdan keçə biləcəkdir.
Həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı ərizə, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti, əmək kitabçasının surəti (varsa), məhkumluq barədə arayışı Xidmətin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən inzibati binasına poçt vasitəsilə göndərə və yaxud yaxınlaşaraq təqdim edə bilərsiniz. Sənədlərinizə baxdıqdan sonra uyğun olsanız sizi müsahibəyə dəvət edəcəklər.
Qeyd edək ki, ərizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimova ünvanlanmalıdır. Siz əgər mülki işə qəbul olmaq istəyirsiniz sadəcə "məni işə qəbul edəsiniz" qeyd etməlisiniz. Əgər həqiqi hərbi xidmətə daxil olmaq istəyirsinizsə bu halda "mənim həqiqi hərbi xidmətə daxil olmağıma icazə verəsiniz" qeyd etməlisiniz. İşə qəbul ərizələrinin nümunələri ilə saytın müvafiq bölməsində tanış ola bilərsiniz.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
Həmin Qanunun 44-cü maddəsinə əsasən ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:
Hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3.-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 12.7.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməməyin üzrlü səbəbləri kimi aşağıdakılar sayılır:
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
Hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 (iki yüz) manat məbləğində cərimə edilir.
Hərbi vəzifəlilərə itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletlər aşağıda göstərilən sənədlər əsasında verilir:
Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.