Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.

Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır.

Fəaliyyət istiqamətləri

• Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir;

•  Müvafiq sahədə prosesləri idarə edir və tənzimləyir, inkişafı təmin edir; 

•  Müvafiq sahədə proseslərə dövlət nəzarətini həyata keçirir; 

•  Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; 

• İlkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla, digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparır;

• Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərliyə hazırlığını aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqədə hərbi vəzifəlilərin və hərbinəqliyyat vasitələrinin səfərbərliyə hazırlanması yolu ilə təmin edir; 

• Çağırışçıların, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin səfərbərlik resursunun vahid uçot sisteminin tətbiqini təmin edir; 

• Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Xidmətin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; 

• Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.